Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 7 vakant vəzifə təqdim olunub.
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (1 yer)
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, baş məsləhətçi (1 yer)
Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Kötüklü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Topbağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2025-ci il tarixindən 17 sentyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=577













