Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibələr elan edir
25 iyun 2025 | 11:18
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.
Bəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Savalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyun 2025-ci il tarixindən 8 iyul 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=573