Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə ümumi müsahibə elan edib
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə ümumi müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 6 vakant vəzifə təqdim olunub.
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq şöbəsi, şöbə müdiri (1 yer)
Böyük Pirəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Zərgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Abrıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Bəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550













