Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vakant vəzifə təqdim olunub.
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rəhbərlik, böyük məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi (1 yer)
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (1 yer)
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, böyük məsləhətçi (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 dekabr 2023-cü il tarixindən 28 dekabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=533