Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elanı
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vakant vəzifə təqdim olunub.
Quşlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 mart 2026-cı il tarixindən 31 mart 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=592













