Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 9 vakant vəzifə təqdim olunub.
İnzibati ərazi nümayəndəlikləri üzrə:
Zalam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Şəfili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Sırt Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndənin müavini (1 yer)
Nohurqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - baş məsləhətçi-baş mühasib (1 yer)
Tövlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - baş məsləhətçi-baş mühasib (1 yer)
Ovcullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - baş məsləhətçi-baş mühasib (1 yer)
Mamaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - baş məsləhətçi-baş mühasib (1 yer)
Kürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - baş məsləhətçi-baş mühasib (1 yer)
Mirzəbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - baş məsləhətçi-baş mühasib (1 yer)
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=541