"Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir" adlı dəyirmi masa keçirilib
18 aprel 2025-ci il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərcivəsində “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir" adlı dəyirmi masa keçirilib. Tədbirdə çıxış edənlər dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanunun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandığını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımızın bu gün tarixi nailiyyətlərə imza atdığını bildirmiş, Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, vətəndaşların konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında ətraflı məlumat vermişlər. Sonda Umummilli Lider Heydər Əliyevə həsr edilmiş "Zamanın fövqündə" sənədli filmi nümayiş olunmuşdur.













