Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Bəxtiyarın söz dünyası" adlı ədəbi-bədii gecə keçirilib

12 may 2025 | 16:45

12 may 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Bəxtiyarın söz dünyası" adlı ədəbi-bədii gecə keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki Şəhər Heydər Əliyev Mərkəzinin və B.Vahabzadənin Ev muzeyinin rəhbərliyi və əməkdaşları, yerli mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli şairin zəngin ədəbi-bədii irsi, elmi və pedaqoji fəaliyyətindən danışmış,, onun fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli səhifələr yazdığını vurğulamışdır. Tədbir xalq şairi B.Vahabzadənin şeirləri və sözlərinə yazılmış musiqi nümunələri ilə davam etmişdir.

Keçidlər