Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
07 may 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Sənin adınla bağlı bu xalqın hər zəfəri" adlı tədbir keçirilib. Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət Mərkəzinin, Dövlət Rəsm Qalereyasının, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, şəhər məktəblərinin müəllimləri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər. Tədbirdə dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin tarixdəki rolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, dövlətçiliyin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi taleyüklü məsələlər, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verilmiş, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin təmin edilməsində rolundan danışılmışdır. Sonda Ümummilli Liderin şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş olunub.