Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanda ilk dəfə Lavanda Festivalı keçirilmişdir

31 may 2022 | 17:25

31 may 2022-ci il tarixdə "Çuxur Qəbələ" kəndində salınmış Lavanda sahəsində KOBİA və “The Best Choce” MMC şirkətinin təşkilatçılığı ilə təşkil edilən Qəbələ Lavanda Festivalının açılış tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər. İtalya, Fransa və Macarıstandan sonra Azərbaycanda keçirilən Lavanda Festivalının ziyarətçiləri sərgi ilə tanış olmuşlar. Sərgidə lavanda çiçəklərinin ləçəklərindən, (yağ, bal, skrablar, antiseptik…), həmçinin yerli müəssisələrdə hazırlanmış məhsullar, əl işləri və kulinariya nümunələri nümayiş etdirilmişdir. Ziyarətçilər üçün həmin məhsullardan almaq və onlar üçün təşkil edilən əyləncələrdən istifadə etmək imkanı yaradılmışdır. Festival 30 iyun 2022-ci il tarixinədək davam edəcəkdir.

Keçidlər