Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi finala yüksəlib

01 oktyabr 2025 | 15:16

III MDB Oyunları çərçivəsində keçirilən futbol yarışlarında Aqil Nəbiyevin baş məşqçisi olduğu yığmamız A qrupunda Qırğızıstanla qarşılaşıb. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində qollara 53-cü dəqiqədə Tunar Bayramov, 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov, 79-cu dəqiqədə Roman Fərzəli imza atıb. Xallarını 6-ya çatdıran Azərbaycan yığması adını finala yazdırıb. Komandamız həlledici oyunda Rusiya - Özbəkistan cütünün qalibi ilə qarşılaşacaq.

Keçidlər