Azərbaycanın badminton millisi III MDB Oyunlarını 7 medalla başa vurub
05 oktyabr 2025 | 09:40
III MDB Oyunlarında Azərbaycan badmintonçusu Leyla Camalzadə qızların fərdi yarışında rusiyalı Marina Tarasova ilə üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ikinci yeri tutaraq gümüş medal qazanıb. Daha öncə badmintonçularımız 6 bürünc mükafat əldə ediblər. Bununla da Azərbaycan millisi turniri 6-sı bürünc, 1-i gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurub. Sonda qaliblərə mükafatlar təqdim edilib.













