Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunan "Əbədi söz ustası - Seyid Əzim Şirvani" adlı tədbir keçirilib

04 iyul 2025 | 15:33

04 iyul 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində "Əbədi söz ustası - Seyid Əzim Şirvani" adlı tədbir keçirilib. Tədbirdə Seyid Əzim Şirvaninin milli ədəbiyyatımıza və maarif tariximizə verdiyi töhfələrdən onun maarifçi fəaliyyəti, müəllimlik fəaliyyəti və xalqın maariflənməsi uğrunda apardığı mübarizədən danışılıb. Həmçinin maarifpərvər şairin yaradıcılığının bu gün də aktuallığını itirmədiyi, ideyalarının gənc nəslə örnək olduğu bildirilərək, onun poeziyasında səslənən çağırışların, milli və mənəvi dəyərlərin bu gün də gənclər arasında təbliğ edilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonda şairin şeirləri səsləndirilib, həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Keçidlər