Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıblar.
28 sentyabr 2025 | 16:18
Qəbələ Olimpiya İdman Kompleksində keçirilən stolüstü tennis üzrə qoşa yarışların finalında Adil Əhmədzadə və Onur Quluzadə rusiyalı Yevgeni Vasikov və Yevgeni Dosov cütü ilə qarşılaşıblar. Rəqibə 3:0 hesabı ilə uduzan idmançılarımız ikinci yerlə kifayətləniblər.













