Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Azərbaycanın tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib.

14 iyul 2026 | 15:22

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatında Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Azərbaycanın tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib.  Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov 14 iyul 1969-cu il Azərbaycan tarixinin dönüş nöqtələrindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızda sürətli inkişaf mərhələsinin başlanıldığını, ölkənin gələcək müstəqilliyi üçün möhkəm təməllər qoyulduğunu bildirmişdir. Digər      çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndiyini, milli kadr potensialının formalaşdığını, elm, təhsil, sənaye və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunmasını bildirmişlər. Sonda Ümummilli Liderin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna xidmətlərini əksetdirən videoçarx nümayiş etdirilmişdir.

Keçidlər