Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərişiq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təlim keçirib

02 iyun 2024 | 10:37

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Azərişıq" ASC-nin Mülki Müdafiə Qərargahının təşkilatçılığı, Qəbələ RİH-nin dəstəyi ilə rayonun “Hacıalılı” elektrik yarımstansiyasında fəaliyyət göstərən Regional Təlim Mərkəzində Fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə iştirak edən məktəblilərə "Zəlzələ və yanğınlar zamanı davranış qaydaları və binadan təxliyə", "Təxirəsalınmaz ilk tibbi yardım" mövzularında təlimlər keçirilib,  yanğınsöndürmə balonlarından, əleyhqazlardan və əl altında olan əşyalardan istifadə, yaralılara süni nəfəs vermək, yaraların sarınması və onları təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilib. Təlimdə həmçinin mülki müdafiə stendi bə xilasetmə vəsaitləri nümayiş etdirilib. Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olub, onlara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib. Təlim-Məşq Poliqonunda keçirilən təlimdə isə iştirakçılar 35 kV-luq KTM yaxınlığında şərti qəzanın qarşısını almağa çalışıblar. Təlim zamanı məktəbliləri pilotsuz uçuş aparatı – PUA müşayiət edib. Sonda təlim içtirakçılarına diplomlar təqdim olunub və şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.

Keçidlər