Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Aztəminatlı ailələrin övladlarına məktəbli forması və dərs ləvazimatları paylanmışdır

11 sentyabr 2025 | 16:45

11 sentyabr 2025-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Konserv zavodunun birgə təşkilatçılığı ilə yeni dərs ilinin başlanması münasibətilə sosial yönümlü tədbir keçirilib. Rayon icra hakimiyyətinin, Qəbələ Konserv zavodunun, rayon təhsil sektorunun və aztəminatlı ailələrin övladlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova yeni dərs ilinin başlanması münasibətilə tədris ocaqlarının pedoqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik edərək onlara uğurlar arzulamış və təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırmış, bugünkü tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Qəbələ Konserv Zavodunun direktoru Pünhan Ərzimanov çıxışında zavod tərəfindən həyata keçirilən sosial layihələrdən və görülən işlərdən söz açmış, təhsil sektorunun müdiri Arifə Bayramova isə ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü layihələrdən, Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməsindən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün həyata keçirilən mühüm tədbirlərdən söz açmışdır. Sonda 168 nəfər şağirdə məktəbli forması və dərs ləvazimatları paylanmışdır.

Keçidlər