"Baharın gəlişi -Novruz sevinci" adlı tədbir keçirilib
18 mart 2026 | 17:49
Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Baharın gəlişi -Novruz sevinci" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixindən bəhs edərək, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu diqqətə çatdırmışlar. Sonda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş olunub.













