Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşınmalarına başlaması münasibətilə 4 mart 2023-cü il tarixində Qəbələyə rəmzi səfər təşkil olunmuşdur   

05 mart 2023 | 10:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa edilmiş dəmiryolu xətti ilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilərək media mənsubları, nəqliyyat üzrə ekspertlər, məşhur səyahət blogerləri, ziyalıların, KİV nümayəndələrinin iştirakı ilə Qəbələyə rəmzi səfər təşkil edilmişdir. Bu münasibətlə Qəbələ Dəmiryol Vağzalında keçirilən tədbirdə rəmzi səfər sərnişinlərini Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və ağsaqqallar qarşılamışlar. Tədbirdə iştirak edən Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, Qəbələyə ilk dəfə olaraq dəmir yolu xəttinin çəkilməsi müasir Azərbaycan tarixində olduqca önəmli hadisədir, Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərə çatmaq üçün ADY dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara çatdırılması istiqamətində ciddi işlər aparır. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev qonaqları salamlayaraq, ilk növbədə təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi olaraq bu gün ölkəmizin, o cümlədən Qəbələnin sürətlə inkişaf etməsindən danışmış, rayona dəmir yolu xəttinin çəkilməsi və istismara verilməsi Qəbələnin turizmin inkişafına daha böyük töhvələr verəcəyini bildirərək, bu cür əhəmiyyətli bir layihənin Qəbələ rayonuna salındığına görə ölkə prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından öz təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, sözügedən istiqamət üzrə ilk reys mart ayının 18-də baş tutacaqdır.

Keçidlər