Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Baramaçılığın və tütünçülüyün inkişafına dair seminar-müşavirə keçirilib

13 aprel 2023 | 16:51

13 aprel 2023-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ rayon Dövlət Aqrar İnkişaf Mərkəzində baramaçılığın və tütünçülüyün inkişafı mövzusunda seminar-müşavirə keçirilib. Rayon icra hakimiyyətinin, dövlət aqrar inkişaf mərkəzinin əməkdaşlarının, bələdiyyə sədrlərinin, sahibkarların və fermerlərin iştirak etdiyi  müşavirəni rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açaraq tütünçülüyün və baramaçılığın əhalinin məşğulluğunun təmin edilməsinə və sosial rifahının daha da yaxşılaşdırılmasına verdiyi töhvələrdən danışıb. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, barama və tütün isehsalçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Keçidlər