Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Bayram günlərində Bakı-Qəbələ-Bakı istiqamətində qatarların sayı artırılacaq

13 mart 2025 | 15:32

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə  20 əlavə  reys təyin edib. Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək. Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əks istiqamətdə hərəkət edir.

 

Keçidlər