"Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim" adlı tədbir keçirilib
06 noyabr 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi, MKS-nin şəhər 2 saylı kitabxana filialı, GİKM-in Qəbələ bölməsi və Qəbələ regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı, Daşca kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə "Bayraq mənliyimdir, Bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxış edənlər dövlət bayrağımızın yaranma tarixi, mənəvi və siyasi əhəmiyyəti barədə geniş məlumat verərək, üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik ideallarının təcəssümü olduğunu vurğulayıblar. Tədbir çərçivəsində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, milli rəqslər nümayiş etdirilib. Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.













