Belarus millisi Futbol üzrə III MDB Oyunlarının bürünc mükafatçısı olub
03 oktyabr 2025 | 18:08
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının futbol yarışlarında bürünc medal uğrunda keçirilən oyunda 16 yaşadək futbolçulardan ibarət Belarus millisi Tacikistana 2 cavabsız qolla qalib gəlib. Bu nəticədən sonra Belarus yığması turniri 3-cü, Tacikistan isə 4-cü pillədə tamamlayıb. Günün ilk matçında Özbəkistan Qırğızıstana 2:0 hesabı ilə qalib gələrək 5-ci olub. Qeyd edək ki, final matçı oktyabrın 4-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.













