"Bir Liderin ömür yolu" adlı tədbir keçirilib
10 dekabr 2025 | 17:17
10 dekabr 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Ə. Abdurahmanov adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə "Bir Liderin ömür yolu" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı əvəzsiz rolu xüsusi vurğulanıb. Sonda şagirdlər tərəfindən Ulu Öndərə həsr olunmuş şeir kompozisiyaları səsləndirilib.













