Bir qrup Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilmişdir
15 avqust 2022 | 14:57
Qəbələ Rayon İcra Hakimiyyətində bir qrup Vətən müharibəsi iştirakçıları və qazilər ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının, Qəbələ Rayon Prokurorunun, RİH-nin məsul əməkdaşlarının iştirak etdiyi görüşdə vətən müharibəsi iştirakçıları və qazilər fərdi qaydada dinlənilmiş, qaldırdıqları məsələlərin həlli barədə müzakirələr aparılmış, bir qismi yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.