Birinci Qarabağ Müharibəsində itkin düşmüş Vəkil Qayıbov 33 ildən sonra dəfn edildi
12 sentyabr 2025 | 16:51
Birinci Qarabağ Müharibəsində itkin düşmüş Qəbələ rayon Qəmərvan kənd sakini Qayibov Vəkil Mövlan oğlunun nəşi dəfn olunmaq üçün doğulduğu Qəmərvan kəndinə gətirilib. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq ruhuna dualar oxunmuşdur Vəkil Qayıbovun nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin ailəsinə təhvil verilmişdir.













