Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Bizə Zəfər yaraşır" adlı tədbir keçirilib

29 oktyabr 2025 | 12:10

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Qəbələ Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Bizə Zəfər yaraşır" adlı tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın, Reabilitasiya Mərkəzinin əməkdaşları, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə vətən uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki,44 günlük müharibədə Azərbaycan xalqı milli birliyi,rəhbəri,ordu,xalq  vəhdəti ilə tarix yazaraq ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Şəhid valideynləri çıxışlarında qəhrəman övladlarının həyat və döyüş yolu haqqında xatirələrini bölüşüb, reabilitasiya mərkəzində reabilitasiya keçən uşaqlar vətənpərvərlik və qələbə mövzusunda şeirlər söyləyiblər. Tədbir çərçivəsində uşaqların Zəfər tarixini , qəhrəman şəhidlərin döyüş yolunu, Azərbaycan tarixini əks etdirən rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Sonda fəal iştirakçılar Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin rəhbərliyi tərəfindən təltif edilib.

Keçidlər