Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“Bizim bölgə” adlı canlı rəsm sərgisi keçirilib

22 avqust 2026 | 11:18

Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Bizim bölgə” adlı canlı rəsm sərgisi keçirilib. Tədbirin keçirilməsində məqsəd rənglərin və sənətin dili ilə bölgəmizin gözəlliklərini, zəngin təbiətini, tarixi-mədəni irsini və özünəməxsus ruhunu təqdim etməkdir. Çıxış edənlər uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafında incəsənətin mühüm rol oynadığını qeyd edərək, onlara hiss və düşüncələrini rəsm vasitəsilə ifadə etmələrinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar Görüş zamanı uşaqlar müxtəlif mövzularda rəsmlər çəkib, öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Sonda iştirakçılar tərəfindən sərgiyə baxış keçirilib.

Keçidlər