Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Cari ilin on ayında Qəbələdə 13,9 milyon manatlıq sənaye məhsulu ixrac olunub

26 noyabr 2024 | 18:23

2024-cü ilin yanvar-oktyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 118 milyon 206,2 min manatlıq məhsul istehsal olunub. Qəbələ Rayon Statistika İdarəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 876,4 min manat və ya 12,2 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 10,5 faizi dövlət, 89,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. 10 ay ərzində rayonda 13 milyon 987,4 min manatlıq sənaye məhsulu ixrac olub ki, bu da istehsal olunan sənaye məhsulunun 11,8 faizini təşkil edir. Rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalının bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. İstehsal edilən sənaye məhsulunun 82,7 faizi emal sektorunun payına düşüb.

Keçidlər