Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
28 aprel 2026 | 10:08
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.













