Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Cotari” alban kilsəsində  Milad bayramı qeyd edilib

07 yanvar 2023 | 12:49

07 yanvar 2023-cü il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində pravoslav xristianlarının bayramı olan Milad bayramı münasibətilə tədbir keçirilmişdir. Qəsəbədə fəaliyyət göstərən “Cotari” alban kilsəsində təşkil edilmiş mərasimdə Alban-Udi icmasının üzvləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər. Mərasimda çıxış edən Azərbaycan Respublikası Alban-Udi Xristianları İcmasının sədri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Nic qəsəbəsinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, bayram münasibətilə təbriklər səsləndirmişlər. Qeyd olunmuşdur ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Məlumat verilmişdir ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. “Cotari” alban kilsəsində və Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən "Müqəddəs Məryəm Ana" (Bulun) məbədində 2020-ci ildə aparılan təmir-bərpa işləri ölkədə tolerantlıq mühitinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Keçidlər