DİN-nin Yol Polis İdarəsi Əməkdaşları davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
27 fevral 2025 | 10:28
DİN-nin Yol Polis İdarəsi yağan qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər az istifadə etməyə çağırır. Yol polisi əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları yollarda daha məsuliyyətli olmağa çağırır.













