Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Dizaxlı kəndində RİH başçısının növbəti səyyar qəbulu keçirilmişdir

09 iyul 2026 | 17:13

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev növbəti səyyar qəbulu rayonun Dizaxlı kəndində keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər