Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestri ilk dəfə Qəbələ səhnəsində çıxış edib

01 avqust 2026 | 11:22

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü qürurverici və təsirli konsert proqramı ilə yadda qalıb. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan gecədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestri ilk dəfə Qəbələ səhnəsində çıxış edib. Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi, Mustafa Mehmandarovun dirijorluğu, Xalq artisti Teyyub Aslanov, Mərkəzin təlimçiləri və istedadlı solistlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının ölməz əsərləri səsləndirilib. İnklüzivliyin və sənətin gücünü nümayiş etdirən bu möhtəşəm musiqi gecəsi tamaşaçılar tərəfindən böyük rəğbət, coşqu və gurultulu alqışlarla qarşılanıb.

Keçidlər