Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə müsabiqə üzrə müsahibə elan edir

06 may 2024 | 18:14

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə müsabiqə üzrə müsahibə elan edir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi  tərəfindən keçiriləcək müsabiqə üzrə müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.

Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, aparıcı məsləhətçi (1 yer)

Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (1 yer)

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən  4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=543

Keçidlər