Dövlət İmtahan Mərkəzi tərəfindən Qəbələdə keçirilən təlimlər davam edir
09 oktyabr 2024 | 13:57
09 oktyabr 2024-cü il tarixdə Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində davam edən təlimlər “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda keçirilmişdir. Təlimdə rayonda müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.