Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü və miqrasiya qanunvericiliyində olan yeni dəyişikliklərlə əlaqədar maarifləndirici tədbir keçirilib

29 fevral 2024 | 15:31

29 fevral 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Şəki Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Təşkilatında Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü və miqrasiya qanunvericiliyində olan yeni dəyişikliklərlə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması haqqında məlumat vermişlər. Tədbir diskussiya şəklində davam etmişdir.

Keçidlər