Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Qəbələ Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 11 vakant vəzifə təqdim olunub.
Rayon İcra Hakimiyyəti başçısı Aparatı üzrə:
Hüquq şöbəsi, şöbə müdiri (1 yer)
Memarlıq və tikinti şöbəsi, şöbə müdiri (1 yer)
İnzibati ərazi nümayəndəlikləri üzrə:
Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Bayramkoxalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Böyük Pirəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Uludaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Zərgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Abrıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Məmmədağali kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Bəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik - nümayəndə (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=540