Dövlət Programının icrası ilə bağlı Qəbələdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Qəbələ rayon İcra Hakimiyyətinin rəhbər nümayəndələri rayon ərazisində bitkiçilik, heyvandarlıq, balıqçılıq, üzümçülük və gülçülük təsərrüfatlarına baxış keçirərək sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olmuşlar. Sahibkarlarla görüş zamanı onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları problemlərlə maraqlanılmış, dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanmışdır. Tədbirin davamı olaraq rayon icra hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Qərargah üzvlərinin iştirakı ilə keçirilən görüşdə Dövlət Proqramına əsasən görülmüş işlər, eləcə də qarşıda duran prioritet məsələlər və onların icra mexanizmləri müzakirə edilmişdir.













