“Dövlətçilik naminə ömür” adlı tədbir keçirilib.
05 may 2026-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Dövlətçilik naminə ömür” adlı tədbir keçirilib. Qəbələ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ulu Öndərin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər Ümummilli Liderin zəngin və çoxşaxəli həyat yolundan, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü misilsiz xidmətləri xüsusi vurğulamış, Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, müstəqilliyimizin əbədi və dönməz olmasının təmin edildiyi və bu gün də onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.













