Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir

04 dekabr 2023 | 08:51

2 dekabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan: vətəndaşların qlobal iqlim dəyişmələri ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev iştirakçıları salamlamış və qonaqları təqdim edərək mövzu haqqında qısa məlumat verdikdən sonra sözü məruzəçi, SBİİYF-nin prezidenti, layihənin rəhbəri Sabit Bağırova vermişdir. Sabit Bağırov “Dünya İqlim Dəyişmələri və Azərbaycan. Səbəblər və çağırışlar” adlı məruzəni tədbir iştirakçılarına təqdim etmiş, iştirakçıları maraqlandıran bir sıra suallara cavab verərək hazırda iqlim dəyişmələrinin bütün dünyada bəşəriyyətin qarşılaşdığı ən mühüm problemlərdən biri olduğunu onların diqqətinə çatdırmışdır. Daha sonra dəyirma masa “İqlim dəyişmələri ilə mübarizəyə necə töhvə verə bilərik” mövzusu ətrafında müzakirə ilə davam etmişdir.

Keçidlər