Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Dünya səviyyəli liderlik – Suverenliyin bərpası və Rəqəmsal Azərbaycanın quruculuğu” mövzusunda tədbir keçirilib

06 mart 2026 | 14:42

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünya səviyyəli liderlik: Suverenliyin bərpası və Rəqəmsal Azərbaycanın quruculuğu” mövzusunda tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov çıxış edərək müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursundan bəhs edərək, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan güclü dövlətə çevrildiyini bildirmişdir. Digər çıxış edənlər ölkəmizdə həyata keçirilən rəqəmsallaşma siyasətinin əhəmiyyətindən, müasir inkişaf modelindən danışmış, dövlət xidmətlərinin elektronlaşdırılması və müasir informasiya texnologiyalarının tətbiqinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışlar. Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər