"Əbədiyyətə qovuşan qəhrəmanlar" adlı tədbir keçirilib
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Əbədiyyətə qovuşan qəhrəmanlar " adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycan xalqının tarixində 8 Noyabr – Zəfər Gününün milli qürurun, dövlətçilik iradəsinin və sarsılmaz birliyin təcəssümü kimi xüsusi yer tutduğunu, bu möhtəşəm tarixin xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoymasının, tarixi ədalətin bərpasının və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin şanlı nəticəsi olduğunu bildirmiş və Zəfər Gününün yalnız hərbi Qələbənin deyil, həm də Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın əzminin və milli həmrəyliyinin təntənəsi olduğunu xüsusi vurğulamışlar. Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların həyat və döyüş yolundan bəhs edən "Şuşa sən azadsan" filmi nümayiş olunub.













