Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Əkinçi-dən bugünə: Milli Mətbuatın 150 ili" adlı tədbir keçirib

22 iyul 2025 | 18:38

22 iyul 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə "Əkinçi-dən bugünə: Milli Mətbuatın 150 ili" adlı tədbir keçirilib. Tədbirdə öncə öz peşəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət Mərkəzinin əməkdaşlarının, mətbuat işçilərinin və Qəbələ yazarlarının iştirak etdiyi təbridə çıxış edənlər yarandığı gündən Azərbaycan mətbuatının keçdiyi keçməkeşli yollardan, bugünkü inkişaf mərhələsindən söz açaraq, bu gün Azərbaycanda mətbuata, xüsusilə jurnalistlərə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən yüksək qayğıdan danışmış və bu diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. Sonda Milli Mətbuatımızın dünəni və bu günü mövzusunda hazırlanmış videoçarx nümayiş edilib.

Keçidlər