Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Ekoloji məlumatlılıq” mövzusunda tədbir keçirilib.

20 may 2026 | 15:48

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 19 may 2026-cı il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ekoloji məlumatlılıq” mövzusunda tədbir keçirilib. UADM-nin direktoru Nərmin Cabbarlı mövzu haqqında çıxış edərək iqlim dəyişiklikləri, havanın çirklənməsi, meşələrin azalması və su ehtiyatlarının tükənməsinin artıq dünyanın hər yerində ciddi problemlərə çevrildiyini, təbiətə vurulan hər bir zərərin əslində insan həyatına vurulan zərər olduğunu xüsusilə vurğulamışdır. Tədbir çərçivəsində iştirakçılarla birlikdə təbiətin qorunması, resurslardan səmərəli istifadə və ekoloji problemlərin həlli yolları barədə maraqlı müzakirələr aparılmışdır.

Keçidlər