Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Elimizə yaz gəlir" adlı tədbir keçirilib

14 mart 2025 | 16:27

Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin  təşkilatçılığı ilə  Novruz bayramı münasibəti ilə  "Elimizə yaz gəlir" adlı  tədbir keçirilib. Öncə gənc nəslin mənəviyyatca zəngin yetişdirilməsi, onlarda milli-mənəvi dəyərlərə hörmət və sevgi hissini aşılamaq məqsədilə muzeyin fondunda mühafizə olunan etnoqrafik materiallardan ibarət sərgiyə baxış keçirilmişdir. Çıxış edənlər tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı haqqında bəhs edərək, Azərbaycanın bütün suveren ərazisində qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişlər. Sonda tədbir iştirakçılarına Novruz xonçasından sovqat paylanılmışdır.

Keçidlər