Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ rayonunda vətəndaşlarla görüşüb

07 mart 2024 | 18:09

07 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ şəhər Zarağan kənd 1 saylı tam orta məktəbdə Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb. Öncə Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Qəbul zamanı vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Daha sonra 19 sentyabr 2023-cü il tarixdə lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Qəbələ rayonu Mirzəbəyli kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Xəyyam Səmədovun övladları və şəhid Məhəmməd Qarayevin anası, texnologiya müəllimi Könül Qarayeva ilə görüş keçirilmiş, şəhidlərimizin xatirəsi yad edilmişdir.  Nazir müavini Kənan Kərimzadə Qəbələ rayonunda udilərin məskunlaşdığı Nic qəsəbəsində yerləşən Nic qəsəbə 1 nömrəli tam orta məktəbin yeni tikilmiş binasına baxış keçirib, müəllim və şagirdlərlə görüşmüşdür.

Keçidlər