Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagirdlərlə görüş keçirilib

02 iyun 2025 | 10:47

Qəbələ rayonu Zarağan kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagird kontingenti ilə görüş təşkil olunub. Tədbirdə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak etmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək gənclərin vətəndaş cəmiyyəti təşkilatlarına cəlb edilməsi, milli-mənəvi və ailə dəyərlərinin təbliği sahəsində innovativ metodların tətbiqi və gələcək birgə fəaliyyət imkanları haqqında danışmışdır. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək, dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqəti vurğulamış, tədbirin təşkilatçılarına rayon ictimaiyyəti adından təşəkkür etmişdir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə "İnteraktiv dərsin psixopedaqoji məsələləri", innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagird motivasiyası, liderlik bacarıqlarının inkişafı və təlim prosesində texnologiyaların rolu mövzularında ətraflı çıxış edib. Şuranın katibi Günay Əkbərova isə peşə təhsilinin əhəmiyyəti və müəllimlərin sertifikatlaşdırılması məsələləri ilə bağlı fikirlərini bölüşüb. Görüşdə şagirdlərlə ictimai dinləmə keçirilmiş, iştirakçıların sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilmişdir. Sonda kollektiv ilə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər