Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Əlvida bağça" adlı tədbir keçirilmişdir

24 iyul 2023 | 11:51

Qəbələ rayon məktəbəqədər təhsil müəsissələrinin birgə  təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində  məktəbəqədər təhsil müəssisələrində təhsil alan  uşaqların məktəbə yola salınmaları ilə əlaqədar “Əlvida bağça” adlı tədbir keçirilmişdir. Rayonumuzda fəaliyyət göstərən 23 uşaq bağçasından 365 nəfər uşaq bu il məktəbə yola salınır. Rayon ziyalılarının, qonaqların iştirak etdiyi  tədbirdə  uşaqların ifasında səhnəcik və rəqslər nümayiş etdirilmiş, nağıl qəhrəmanları canlandırılmış, vətənimizi, bayrağımızı, qələbəmizi və təbiətimizi tərənnüm edən şeirlər səsləndirilmişdir.

Keçidlər