Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib

28 avqust 2026 | 19:44

Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl nazir Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının da iştirak etdiyi qəbulda əhalinin məşğulluq, əlillik, ünvanlı sosial yardım, reabilitasiya vasitələri ilə təmin edilmə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Hər bir müraciət fərdi qaydada araşdırılıb, nəticəsinə uyğun müvafiq tədbirlər görülüb. Səfər çərçivəsində nazir və rayon icra hakimiyyətinin başçısı özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri üçün yaradılmış kiçik təsərrüfatlara, həmçinin Qəbələdə fəaliyyət göstərən günərzi qayğı və Uşaq Reabilitasiya mərkəzlərinə baxış keçirib, burada göstərilən sosial və reabilitasiya xidmətləri ilə tanış olublar.

Keçidlər